100 əcnəbi tələbə Azərbaycanda təhsil qrantına layiq görüldü
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının 2026-2027-ci tədris ili üzrə namizədlərinin seçimi prosesi yekunlaşıb.
hadiseler.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə yaydığı məlumatda bildirilib.
Prezidentin 8 iyul 2023-cü il tarixli Sərəncamına əsasən icra edilən proqram üzrə 64 ölkədən müraciət edən yüzlərlə namizəd arasından 55 ölkəni təmsil edən 100 əcnəbi tələbə təhsil qrantı qazanıb. Qaliblər ADA Universiteti, BDU, ADNSU, UNEC, BMU və ölkənin digər aparıcı 11 ali təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə təhsil alacaqlar.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin vətəndaşlarını əhatə edən bu proqram çərçivəsində illik 100, ümumilikdə 500 xarici tələbənin Azərbaycanda təhsil alması nəzərdə tutulur.
No Comment! Be the first one.