Şəmkirdə bacısının sevgilisini öldürən 15 yaşlı yeniyetməyə HÖKM OXUNDU
Şəmkir rayonunda 19 yaşlı gəncin qətli ilə nəticələnən cinayət işi üzrə məhkəmə prosesi başa çatib.
hadiseler.info xəbər verir ki, bu ilin aprel ayında 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq öldürməkdə təqsirləndirilən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəmə araşdırması yekunlaşıb. Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə təqsirli bilinib.
Məhkəmə materiallarına əsasən, F.Poladov “TikTok” sosial şəbəkəsində bacısının R.Quliyevlə əl-ələ fotosunu görüb və həmin şəxsin tez-tez “VAZ” markalı avtomobillə onların yaşadığı evin yaxınlığına gəldiyini öyrənib. Bundan sonra o, Ramalı söhbət etmək üçün yaşadığı evin yaxınlığına çağırıb.
Gecə saat 02:00 radələrində baş tutan görüş zamanı 15 yaşlı yeniyetmə avtomobildə olan Ramala bıçaqla hücum edərək ağır xəsarətlər yetirib. R.Quliyev aldığı xəsarətlər və kəskin qanitirmə nəticəsində hadisə yerində həyatını itirib.
Məhkəmənin hökmü ilə F.Poladov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
No Comment! Be the first one.