İrandan ABŞ-yə Hörmüz xəbərdarlığı
İran İslam Respublikası ABŞ-nin tətbiq etdiyi iqtisadi sanksiyalara və təzyiqlərə cavab olaraq Hörmüz boğazını tam dəniz blokadasına ala biləcəyi ilə bağlı növbəti xəbərdarlığını edib.
hadiseler.info xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib.
Möhsün Rzayi sosial şəbəkə hesabında etdiyi paylaşımda Vaşinqtonun İrana qarşı artan iqtisadi təzyiqlərinə qarşı Körfəzdən başlayaraq xüsusi dəniz təcrid zonasının yaradılacağını diqqətə çatdırıb. Şura katibi, həmçinin Tehranın regionda yerləşən ABŞ hərbi gəmiləri və bazalarına qarşı tətbiq olunan əməliyyat strategiyasını yenidən nəzərdən keçirdiyini diqqətə çatdırıb.
Məsələ ilə bağlı bəyanat yayan İran Xarici İşlər Nazirliyi də Tehranın ABŞ-nin dəniz blokadası və iqtisadi sanksiyalarına cavab olaraq öz milli maraqlarını qorumaq məqsədilə adekvat adımlat atmaq hüququnu özündə saxladığını açıqlayıb.
Qeyd edək ki, avqust ayında Vaşinqton İranın maliyyə təcridini daha da gücləndirmək üçün yeni sanksiya paketini işə salıb. Sentyabrın əvvəlində isə ABŞ-nin maliyyə naziri Skott Bessent Avropa İttifaqının da İrana qarşı iqtisadi təzyiq kampaniyasına rəsmən qoşulduğunu bəyan edib.
No Comment! Be the first one.