Türkiyədə pikapın dəmiri uşağın başına çırpıldı – VİDEO
Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda azyaşlının ağır yaralanması ilə nəticələnən bədbəxt hadisə baş verib.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, yol kenarında yürüyən 12 yaşlı uşaq hərəkətdə olan yük maşınının (kamyonet) kuzovundan sarkan dəmir parçasının başına çırpılması nəticəsində ağır xəsarət alıb.
Dəhşətli qəza anı ərazidəki təhlükəsizlik kamerası tərəfindən anbaan lentə alınıb. Yaralı azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.