Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə əməliyyatı zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib.
hadiseler.info xəbər verir ki, bu barədə məlumatı mərhumun ailəsi paylaşıb. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi isə şəhid ailəsi üzvü hesab olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Raqif İsayev ölümündən sonra “Minatəmizləmə sahəsində xidmətlərinə görə” medalı ilə təltif edilib.
No Comment! Be the first one.