DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını istifadəyə verib.
hadiseler.info xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub.
İmtahan modelləri və yeniliklərlə bağlı əsas məqamlar:
Təqdim olunan fənlər: 9-cu və 11-ci siniflər üzrə Azərbaycan bölməsinə Azərbaycan dili, riyaziyyat və xarici dillər, rus bölməsinə isə rus dili, riyaziyyat, xarici dillər və Azərbaycan dili (dövlət dili) fənləri üzrə proqramlar açıqlanıb.
İmtahan modelləri: Ümumi orta (9 illik) təhsil səviyyəsində, habelə tam orta (11 illik) təhsil səviyyəsində tədris dili və riyaziyyat fənlərindən 2026-cı ildəki imtahan modeli tətbiq olunacaq. Azərbaycan dili (dövlət dili) imtahanında da 2026-cı ilin modeli saxlanılacaq.
Xarici dil imtahanı (11 illik): İmtahanda dinləyib-anlama üzrə 1 mətndən (publisistik və ya dialoq) və 4 tapşırıqdan, oxuyub-anlama üzrə 2 mətndən və hər mətnə aid 4 tapşırıqdan, qrammatika və leksika üzrə 13 qapalı tapşırıqdan, eləcə də yazı bacarıqlarını yoxlayan 1yazılı tapşırıqdan istifadə ediləcək.
Dərslik dəyişikliyi barədə: 7-ci siniflərdə istifadəyə verilən yeni Azərbaycan dili dərslik materialları proqrama daxil edilməyib, çünki hazırda 9 və 11-ci sinifdə oxuyanlar həmin dərsliyi keçməyiblər. Müvafiq mövzularda dərsliyin əvvəlki nəşrinə istinad olunacaq.
Materialların dərc olunması: Proqramlar, altstandartlar, tapşırıq nümonələri və qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq.
No Comment! Be the first one.