Ötmə qaydasını pozdu, sərnişin öldü – BDYPİ-dən XƏBƏRDARLIQ VİDEO
Bakı-Qazax avtomagistralında ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib
hadiseler.info xəbər verir ki, qəza gecə saat 22:00 radələrində magistralın Navahı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Elmir Məmmədlinin idarə etdiyi “Mercedes Vito” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “Kamaz” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişin Sayad Qasımova aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Hadisə ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək xəbərdarlıq edib. Yol polisi bildiriib ki, ötmə qaydalarının pozulması səbəbindən baş verdiyi ehtimal edilən bu cür faciəli faktlardan hər bir sürücü dərs çıxarmalı, təhlükəsizlik qaydalarına və tövsiyələrə qeyd-şərtsiz əməl etməlidir.
No Comment! Be the first one.