“Bu, Rusiya ilə müharibə deməkdir”
Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin Ukraynaya qoşun yeritmək ehtimalları barədə açıqlama verərək Qərbə növbəti xəbərdarlığını edib.
hadiseler.info xəbər verir ki, V.Putin bu barədə Nyu-Dehlidə keçirilən BRICS sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Rusiya lideri Avropa İttifaqının öz ölkələrini münaqişəyə sövq etdiyini vurğulayaraq deyib:
“Hazırda onlar Ukrayna ərazisinə qoşun yeritmək barədə düşündüklərini deyirlər. Bu, Rusiya ilə müharibə deməkdir”.
Dövlət başçısı əlavə edib ki, buna baxmayaraq, Rusiya Avropa ölkələrini təhdid etmir və hazırda belə bir münaqişənin başlaması üçün heç bir əsas yoxdur.
No Comment! Be the first one.