İlon Mask və Sem Altman AI-ın inkişafını yavaşlatmağa çağırış ediblər
Dünyanın aparıcı texnologiya nəhəngləri süni intellekt yarışının nəzarətdən çıxa biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
hadiseler.info xarici KİV-ə istinadən xəbər verir ki, milyarder İlon Mask və “OpenAI” şirkətinin baş direktoru Sem Altman “Anthropic” şirkətinin rəhbəri Dario Amodeinin süni intellektin inkişaf templərini yavaşlatmaq təklifini dəstəkləyiblər.
Dario Amodei dərc etdiyi proqram essedə süni intellekt yarışını cilovlamaq üçün üç mərhələli plan təklif edib. O bildirib ki, neyron şəbəkələrinin inkişafı son aylarda həddindən artıq sürətlənib və lazımi tədbirlər görülməzsə, növbəti 6-12 ay ərzində süni intellekt agentləri bütün interneti ələ keçirə bilər.
İlon Mask bu xəbərdarlığa “X” sosial şəbəkəsində “Dario haqlıdır” yazaraq dəstək verib. Sem Altman da ideya ilə razılaşaraq “OpenAI”ın Amodeinin təklif etdiyi addımlardan birini həyata keçirəcəyini qeyd edib:
“Dario ilə razıyam ki, tədricən hərəkət etməliyik”, — deyə Altman vurğulayıb.
Qeyd edək ki, Altman avqustun 18-də verdiyi bəyanatda “OpenAI”nin təhlükəsizlik və standartlara uyğunluğu təmin etmək məqsədilə bəzi qabaqcıl AI təlim metodlarını dayandırdığını açıqlamışdı.
No Comment! Be the first one.