İsmayıllıdakı dəhşətli qəzada ölən və yaralananların kimliyi bəlli oldu- VİDEO
İsmayıllı rayonunda baş verən ölümlü yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
hadiseler.info xəbər verir ki, İsmayıllı-Qəbələ yolunda “Mercedes” markalı avtomobilin aşaraq yanması nəticəsində xəsarət alan və həyatını itirən şəxslərin adları müəyyənləşib.
Qəza zamanı avtomobili idarə edən 33 yaşlı İlkin Abdullazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Nəqliyyat vasitəsində olan sərnişin, 31 yaşlı Münəvvər Abdullazadə isə aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.