Kabardin-Balkarda qar uçqununda ölənlərin sayı 17-yə çatdı
Kabardin-Balkar Respublikasının Bezengi dərəsində Mijirgi dağında baş verən qar uçqunu zonasında axtarış-xilasetmə əməliyyatı yekunlaşıb.
hadiseler.info xəbər verir ki, bu barədə Rusiya FHN-in Elbrus yüksək dağlıq axtarış-xilasetmə dəstəsi məlumat yayıb. Mürəkkəb axtarış işlərinin 7-ci günündə Mijirgi buzlağında qar altından sonuncu dəstə üzvlərinin də cəsədləri çıxarılaraq Nalçik şəhərinə çatdırılıb.
Xilasetmə əməliyyatına müxtəlif regional qruplardan 71 xilasedici, “Bezengi” alpinist düşərgəsinin təlimatçıları, könüllülər, həkimlər, yanğınsöndürənlər, aviasiya və “Rosqvardiya” cəlb olunub.
No Comment! Be the first one.