DTX-nin saxladığı tiktoker “Çevik” ləqəbli şəxs həbs olundu
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Məqsəd Bağırov və Kamran Bilalov barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
hadiseler.info “Report”a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə rəsmi ittiham elan olunub.
İstintaq materallarına əsasən, Kamran Bilalov və Məqsəd Bağırov cəmiyyətdə dini nifrət və düşmənçilik salınmasına yönələn əməllərin törədilməsində təqsirli bilinirlər.
Qeyd edək ki, “Çevik” ləqəbi ilə tanınan Məqsəd Bağırov “TikTok” sosial şəbəkəsində açdığı canlı yayımlarda dini mövzularda nifrət nitqi ehtiva edən mübahisəli çıxışları ilə diqqət çəkmişdi.
No Comment! Be the first one.