Hakan Fidan Azərbaycanda səfərdədir – FOTO
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana rəsmi səfərə gəlib.
hadiseler.info xəbər verir ki, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidan ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesablarında edilən paylaşımda bildirilib ki, bu səfər Türkiyə və Azərbaycan arasında mövcud olan güclü strateji tərəfdaşlığı, müttəfiqlik əlaqələrini və sarsılmaz qardaşlıq münasibətlərini özündə bir daha aydın əks etdirir.



No Comment! Be the first one.