Nepalda sel fəlakəti kəskinləşir – 1385 ölü, 5 min itkin
Nepalda avqustun 26-da Çin sərhədinə yaxın Rasuva bölgəsi və ətraf ərazilərdə meydana gələn dağıdıcı sel fəlakətində insan tələfatı artmaqda davam edir.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində həyatını kaybedənlərin sayı 1385-ə çatıb.
Məlumata görə, fəlakət zonasında hələ də 5 130 nəfər itkin düşmüş hesab olunur. Hazırda ərazidə xilasetmə briqadaları tərəfindən genişmiqyaslı axtarış-xilasetmə işləri fasiləsiz olaraq davam etdirilir.
No Comment! Be the first one.