Prezident İlham Əliyev: “Avropa Parlamenti rüşvətxorlar yuvasıdır”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşündə Qərbin və Avropa təşkilatlarının ölkəmizə qarşı yürütdüyü ikili standartlar siyasətini kəskin tənqid edib.
hadiseler.info xəbər verir ki, dövlət başçısı Azərbaycanın illərdir beynəlxalq platformalarda ədaləti bərpa etməyə çalışmasına baxmayaraq, Qərb resurslarında davamlı olaraq ölkəmizə qarşı yalan və böhtan kampaniyalarının aparıldığını bildirib.
Prezident İlham Əliyev Avropa Şurası və Avropa Parlamentinin riyakər mövqeyini xüsusi vurğulayaraq deyib: “Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur. Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm – rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır”.
No Comment! Be the first one.