Azərbaycanlı iş adamı vəfat edib
“Naftalan” Sanatoriya-Kurort Birliyinin direktoru, tanınmış iş adamı Hatəm Qocayev 70 yaşında dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, bu barədə məlumatı H.Qocayevin üzv olduğu YAP Naftalan Şəhər Təşkilatı yayıb. Məlumata görə, iş adamı uzunsürən xəstəlikdən sonra vəfat edib.
Qeyd edək ki, Hatəm Qocayev 2012–2022-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) Naftalan şəhər təşkilatının sədri vəzifəsində çalışıb. O, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayevin atasıdır.
No Comment! Be the first one.