Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Siyasət

Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciət edib

Sentyabr 16, 2026
77 Views

Azərbaycan Prezidenti İlham Əliyev “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb.

hadiseler.info xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları!

Sizi Bakıda Azərbaycan Respublikası Auditorlar Palatasının 30 illik yubileyinə həsr edilmiş “Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda beynəlxalq elmi-praktik konfransda səmimi-qəlbdən salamlayıram.

Müstəqil Azərbaycan dövlətinin tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində müasir audit institutunun formalaşdırılması və inkişafı xüsusi əhəmiyyət kəsb etmişdir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin demokratik idarəetmə prinsiplərinə və bazar iqtisadiyyatının institusional əsaslarının formalaşdırılmasına verdiyi yüksək önəmin, ölkədə maliyyə intizamının və şəffaflığın, hesabatlılığın təmin edilməsinə xidmət edən uzaqgörən və məqsədyönlü dövlət siyasətinin mühüm təzahürü idi. Həmin Qanuna uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının Auditorlar Palatası ötən dövr ərzində ölkədə müstəqil audit sisteminin institusional əsaslarının möhkəmləndirilməsi, peşəkar auditor kadrlarının hazırlanması, şəffaflıq və hesabatlılıq mühitinin inkişaf etdirilməsi, habelə beynəlxalq qabaqcıl təcrübəyə uyğun müasir audit modelinin formalaşdırılması istiqamətində olduqca əhəmiyyətli və zəruri işlər görmüşdür. Nəticə etibarilə, auditor xidmətlərinin əhatə dairəsi xeyli nəzərə çarpacaq dərəcədə genişlənmiş, maliyyə hesabatlarının etibarlılığının təmin edilməsində, şəffaflığın artırılmasında, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və kölgə iqtisadiyyatının azaldılmasında audit institutunun rolu daha da artmışdır.

Auditorlar Palatasının yubileyi münasibətilə təşkil olunmuş beynəlxalq konfransın ölkəmizdə auditor peşəsinin son otuz ildə keçdiyi inkişaf yolunun elmi və praktik müstəvidə təhlili, auditor fəaliyyətinin normativ hüquqi bazasının təkmilləşdirilməsi, peşəkar özünüidarəetmə institutunun möhkəmləndirilməsi, keyfiyyətə nəzarət mexanizmlərinin inkişaf etdirilməsi və beynəlxalq audit standartlarının tətbiqi ilə bağlı mühüm məsələlərin müzakirəsi baxımından əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Eyni zamanda, konfrans çərçivəsində audit fəaliyyətinin rəqəmsal transformasiya şəraitində yeni inkişaf istiqamətlərinin, böyük verilənlərin analitikası və süni intellekt texnologiyalarının audit prosesinə inteqrasiyasının, auditin ənənəvi uyğunluq funksiyasından kənara çıxaraq strateji tərəfdaş və dəyər yaradan institut kimi rolunun genişləndirilməsinin, habelə peşə etikası və ictimai etimad prinsiplərinin möhkəmləndirilməsinin müzakirə olunması müasir dövrün tələbləri baxımından xüsusi əhəmiyyət kəsb edir.

Qlobal iqtisadiyyatın sürətlə rəqəmsallaşdığı və texnoloji transformasiyanın geniş vüsət aldığı müasir şəraitdə audit fəaliyyətinin yeni keyfiyyət mərhələsinə yüksəldilməsi hər bir ölkə qarşısında duran mühüm vəzifələrdən biridir. Bu xüsusda audit fəaliyyətinin rəqəmsal əsaslarda təşkili, süni intellekt və müasir məlumat analitikası alətlərinin tətbiqinin genişləndirilməsi, audit proseslərində şəffaflığın və operativliyin artırılması, habelə beynəlxalq peşəkar standartlara uyğun innovativ audit metodologiyalarının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi Auditorlar Palatasının fəaliyyətinin səmərəliyi nöqteyi-nəzərindən xüsusi önəm daşıyır. Bununla yanaşı, auditor peşəsinin nüfuzunun və ona olan ictimai etimadın qorunması, yüksək peşəkarlıq və etik davranış prinsiplərinin daha da möhkəmləndirilməsi, habelə peşəkar kadr potensialının gücləndirilməsi qarşıda duran əsas prioritetlər sırasındadır.

Əminəm ki, konfrans çərçivəsində aparılacaq müzakirələr və irəli sürüləcək təşəbbüslər ölkəmizdə auditor fəaliyyətinin daha da təkmilləşdirilməsinə, auditdə rəqəmsal transformasiyanın və süni intellektin tətbiqinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə, audit institutunun nüfuzunun yüksəldilməsinə öz töhfəsini verəcəkdir.

Bu əlamətdar yubiley münasibətilə Auditorlar Palatasının kollektivini və konfrans iştirakçılarını bir daha təbrik edir, tədbirin işinə uğurlar arzulayıram”.

Tags:

#Audit#AuditorlarPalatası#HadiselerInfo#İlhamƏliyev#Konfrans#Rəqəmsallaşma#Siyasət#Süniİntellekt

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Prezident onları təltif etdi – Siyahı

Next

Şahbaz Şərifdən Məkkəyə hücuma cavab

Next
Sentyabr 16, 2026

Şahbaz Şərifdən Məkkəyə hücuma cavab

Previous
Sentyabr 16, 2026

Prezident onları təltif etdi – Siyahı

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Siyasət
Ərdoğan Azərbaycana səfərə gəlib
Ayla
Noyabr 8, 2026
Cəmiyyət
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Ayla
Noyabr 8, 2026
Siyasət
İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə təşəkkür edib
Ayla
Noyabr 8, 2026
Hava haqqında
Sabah leysan olacaq – Hava ilə bağlı XƏBƏRDARLIQ
Ayla
Noyabr 8, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Noyabr 8, 2026
Ərdoğan Azərbaycana səfərə gəlib
Noyabr 8, 2026
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 645
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya