AZAL-dan daha bir uğur
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) “World Airline Awards 2026” mükafatları çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb.
hadiseler.info xəbər verir ki, “Skytrax” beynəlxalq hava nəqliyyatı reytinq təşkilatının təşkil etdiyi təltifetmə mərasimi Londondakı “The Langham” hotelində keçirilib.
Mükafat aviaşirkətin donanmanın modernləşdirilməsi, marşrut şəbəkəsinin genişləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində davamlı fəaliyyətinin göstəricisidir. Tədbirdə çıxış edən “Skytrax”ın baş icraçı direktoru Edvard Pleysted AZAL-ın regiondakı nümunəvi mövqeyini xüsusi vurğulayıb. AZAL-ın İdarə Heyətinin sədri Samir Rzayev isə bu uğurun şirkət əməkdaşlarının fədakar əməyi və sərnişinlərin etimadı sayəsində əldə olunduğunu bildirib.
No Comment! Be the first one.