Bağça müəllimlərinin sertifikatlaşdırılması qaydası müəyyənləşdi
Bağça müəllimlərinin sertifikatlaşdırılması prosesinin hansı qaydada və nə vaxt keçiriləcəyi bəlli olub.
hadiseler.info xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan “Pressinq” verilişində məlumat verib.
Eşqi Bağırov bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimlərinin sertifikatlaşdırılması məktəb müəllimləri ilə eyni mexanizm üzrə həyata keçiriləcək. Proses çərçivəsində təxminən 12 min tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.
Sertifikatlaşdırma iki mərhələdən ibarət olacaq:
Test imtahanı: Obyektiv qiymətləndirməni təmin edən birinci mərhələ.
Müsahibə mərhələsi: Test mərhələsini uğurla keçənlər üçün ikinci mərhələ.
MÜTDA rəhbərinin sözlərinə görə, imtahanların noyabr ayı ərzində keçirilməsi və yekunlaşdırılması planlaşdırılır. Tərbiyəçilərə bir ay öncədən rəsmi dəvətlər göndəriləcək və proses haqqında ətraflı məlumat veriləcək.
No Comment! Be the first one.