“Toyota” zavodlarında 40 min hümanoid-robot işə cəlb olunacaq
Yaponiyanın ən böyük avtomobil korporasiyası olan “Toyota Motor” müəssisələrində təxminən 40 min hümanoid-robotun əməyindən istifadə etməyi planlaşdırır.
hadiseler.info xəbər verir ki, “Nikkei” nəşrinin yaydığı məlumata görə, bu robotlar insanlarla çiyin-çiyinə müxtəlif istehsalat əməliyyatlarını icra edəcəklər.
Robotların tətbiqinə 2028-ci ildən itibaren müəssisələrin yenilənməsi və yeniden qurulması çərçivəsində başlanılacaq. Zavodların modernləşdirilməsi üçün hər il 1 trilyon yen (təxminən 10,8 milyard AZN) ayrılması nəzərdə tutulur.
Dünya üzrə 60 zavodu olan və bu müəssisələrdə 18 min yüksəkixtisaslı kadrı çalışan “Toyota Motor” yeni texnologiyalar vasitəsilə mövcud personalın iş səmərəliliyini artırmağı hədəfləyir. Gələcəkdə isə bu robotların yeni işə qəbul olunan kadrlar üçün təlimatçı rolunu oynaması planlaşdırılır.
No Comment! Be the first one.