4 yaşlı uşağın barmağında dəmir halqa qaldı— VİDEO
Yevlax rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasedicilərinin iştirakı ilə xüsusi xilasetmə əməliyyatı keçirilib.
hadiseler.info xəbər verir ki, Yevlaxda 4 yaşlı uşağın barmağında dəmir halqa qalıb.
Məlumat daxil olan kimi FHN-in Aran Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar. Xilasedicilər xüsusi vasitələrlə dəmir halqanı azyaşlının barmağından təhlükəsiz şəkildə çıxarıblar.
No Comment! Be the first one.