“Şamaxı” “Araz-Naxçıvan”a qalib gəldi
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
hadiseler.info xəbər verir ki, “Şamaxı” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib.
Gərgin keçən görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra “Şamaxı” xallarını 9-a çatdıraraq turnir cədvəlinin 6-cı sırasına yüksəlib. Məğlub olan “Araz-Naxçıvan” isə 2 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, VI tura bu gün saat 19:00-da start götürəcək “Kəpəz” – “Sumqayıt” matçı ilə yekun vurulacaq. Turun əvvəlki görüşlərində isə “Neftçi” “Qəbələ”yə 3:0, “Qarabağ” “Şəfa”ya 1:0, “Turan Tovuz” “Zirə”yə 1:0, “Sabah” isə “İmişli”yə 3:1 hesabı ilə qalib gəlib.
No Comment! Be the first one.