Bu gün Beynəlxalq Sülh Günüdür
Sentyabrın 21-i bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur.
hadiseler.info xəbər verir ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib.
Ənənəvi olaraq bu gün BMT-nin Nyu-Yorkdakı baş qərargahında yerləşən “Sülh zəngi”nin çalınması ilə başlayır. Beynəlxalq Sülh Günü müharibə və münaqişələrdən əziyyət çəkən insanların diqqətə çatdırılması, dünyada sülh və əmin-amanlığın təşviqi məqsədi taşıyır.
Azərbaycan da uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışıb. 2020-ci ildə Vətən müharibəsinin nəticələri regionda yeni reallıqlar yaradıb və Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Hazırda Azərbaycan regionda davamlı sülhün və sabitliyin təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib.
No Comment! Be the first one.