Sentyabr ayının pensiyaları tam ödənilərək yekunlaşdırılır
Azərbaycanda sentyabr ayı üzrə pensiya ödənişlərinin tam yekunlaşdırılacağı tarix bəlli olub.
hadiseler.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Məlumatda qeyd olunub ki, həmin gün həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də sentyabr ayı üzrə pensiya ödənişləri həyata keçiriləcək.
No Comment! Be the first one.