Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı
Polşada yerli şirkət tərəfindən istehsal olunan məhsulların üzərində keçmiş qondarma, ləğv edilmiş separatçı rejimin əskisinin təsvir edilməsi ilə bağlı təxribatın qarşısı alınıb.
hadiseler.info AZƏRTAC-a istinadən xəbər verir ki, diaspora nümayəndələrinin sosial şəbəkələrdə yaydığı məlumatdan dərhal sonra Azərbaycanın Polşadakı səfirliyi təxirəsalınmaz tədbirlər həyata keçirib.
Səfirlik tərəfindən “Henry” şirkətinin direktoru Çezare Popiel ilə əlaqə saxlanılaraq ölkəmizin kəskin etirazı diqqətə çatdırılıb. Şirkət rəhbəri yol verilmiş yanlışlığa görə rəsmi üzrxahlıq edərək, məhsulun istehsalı və satışının dayandırıldığını bildirib.
Səfirliyə göndərilən rəsmi yazılı məktubda qeyd olunub ki:
Təsvirin istifadəsi qəsdən edilməyib, çapın hazırlanması mərhələsində “insan amili” səbəbindən baş verib.
Məhsulların satışı tam dayandırılıb, anbarda olan və müştərilərdən geri alınan bütün nüsxələr dövriyyədən çıxarılaraq məhv ediləcək.
Gələcəkdə bu kimi halların təkrarlanmaması üçün müvafiq düzəlişlər edilib.
Çezare Popiel məktubunda Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə dərin hörmət bəslədiyini vurğulayıb. Səfirlik bu təxribatı aşkarlayıb ictimailəşdirən aktiv diaspora nümayəndələrinə öz təşəkkürünü bildirib.
No Comment! Be the first one.