Bakıda tanınmış həkim əməliyyatdan sonra VƏFAT ETDİ
Bakıda cərrahi əməliyyat keçirən 29 yaşlı tanınmış həkim Şahin Tağıyev dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, həkim-stomatoloq olan Şahin Tofiq oğlu Tağıyev əməliyyatdan sonra səhhətinin ağırlaşması səbəbindən həyatını itirib.
Məlumata görə, avqustun 31-də Ş.Tağıyev Dövlət Sərhəd Xidmətinin hospitalında ödündəki problemə görə cərrahi əməliyyat olunub. Lakin əməliyyatdan sonra onun səhhətində ciddi ağırlaşmalar başlayıb və özəl klinikaya köçürülüb. Daxili qanaxma və digər ağırlaşmalar səbəbindən gənc həkim xeyli vaxt reanimasiya şöbəsində saxlanılıb, onun üçün 80-ə yaxın şəxs qan verib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin (NDU) ilk Stomatologiya ixtisası məzunlarından olan Şahin Tağıyev Bakı və Sumqayıt şəhərlərində tanınmış klinikalarda stomatoloq-implantoloq kimi fəaliyyət göstərirdi.
No Comment! Be the first one.