Naxçıvan Müəllimlər İnstitutu ləğv edildi
Naxçıvan Müəllimlər İnstitutunun ləğv olunması ilə bağlı rəsmi qərar qəbul edilib.
hadiseler.info xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisi müəyyən olunub. İnstitutun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçir.
Elm və Təhsil Nazirliyinə qərardan irəli gələn məsələlərin həlli tapşırılıb.
No Comment! Be the first one.