BDU-da dərslər onlayn rejimə keçir
Bakı Dövlət Universitetində (BDU) tədris müvəqqəti olaraq distant (məsafədən) formaya keçirilib.
hadiseler.info xəbər verir ki, dərslərin onlayn formata keçirilməsinə səbəb paytaxtda keçirilən “Formula-1” yarışı və bununla əlaqədar yaranan nəqliyyat məhdudiyyətləridir. BDU-dan verilən rəsmi açıqlamaya görə, 23-25 sentyabr tarixlərində (3 gün müddətində) tədris prosesi distant formada təşkil olunacaq.
Tələbələr artıq onlayn dərslərin keçirilməsi ilə bağlı öncədən bilgiləndiriliblər.
No Comment! Be the first one.