Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxışı zamanı Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olunmasına qətiyyətli dəstəyini ifadə edib.
hadiseler.info xəbər verir ki, Türkiyə dövlət başçısı BMT platformasından Cənubi Qafqazla bağlı mövqeyinin aydın olduğunu diqqətə çatdırıb.
Türkiyə Prezidenti çıxışında vurğulayıb:
“Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq. Cənab Əliyev və cənab Paşinyanın ortaya qoyduqları həll iradəsini təqdir edir və dəstəkləyirik”.
Rəcəb Tayyib Ərdoğan, həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini də qətiyyətlə davam etdirdiklərini diqqətə çatdırıb.
No Comment! Be the first one.