Tramp Hikmət Hacıyevin müsahibəsindən paylaşım edib
ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax” televiziya kanalına verdiyi müsahibədən paylaşım edib.
hadiseler.info xəbər verir ki, Hikmət Hacıyev həmin müsahibəsində Birləşmiş Ştatlar rəhbərinin Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişənin həllinə yönəlmiş fəal səylərini xüsusi vurğulayıb. Prezidentin köməkçisi bildirib ki, Donald Trampın bu istiqamətdəki fəaliyyəti Cənubi Qafqazın strateji mənzərəsini köklü şəkildə dəyişdirib və Vaşinqton ilə Bakı arasındakı ikitərəfli əlaqələrdə yeni mərhələnin əsasını qoyub.

No Comment! Be the first one.