Əfv sərəncamı Naxçıvanda icra olundu
Prezident İlham Əliyevin imzaladığı son əfv sərəncamı Naxçıvan Muxtar Respublikasında icra edilib.
hadiseler.info xəbər verir ki, əfv olunan şəxslər arasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən iki əcnəbi vətəndaş da var.
Sərəncama əsasən, Türkiyə vətəndaşları Demir Mehmet və Özdemir Salih cəzalarının çəkilməmiş hissəsindən azad edilərək sərbəst buraxılıblar.
No Comment! Be the first one.