“Formula 2” Bakı sprint yarışında qəza baş verib
“Formula 1” üzrə Azərbaycan Qran-prisi çərçivəsində təşkil olunan “Formula 2” yarışının sprint yürüşündə insident qeydə alınıb.
hadiseler.info xəbər verir ki, qəza yarışın startında baş verib.
İkinci döngəyə yaxınlaşarkən “Invicta Racing” komandasının pilotu Rafael Kamaranın idarə etdiyi bolid “Prema Racing”in sürücüsü Mari Boyanın avtomobilinə çırpılıb. Təhlükəsizlik qaydalarına uyğun olaraq trasda sarı bayraqlar qaldırılıb. Toqquşma nəticəsində Mari Boya yarışda mübarizəni vaxtından əvvəl dayandırmalı olub.
No Comment! Be the first one.