Şimali Kiprdə gəmi qəzasına görə saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Şimali Kiprin Girnə sahillərində avqustun 30-da baş vermiş “Filo Jet” gəmi faciəsi ilə bağlı məhkəmə və istintaq prosesi davam edir.
hadiseler.info xəbər verir ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyətindən verilən məlumata görə, faciə zamanı gəminin heyətində dənizçilərimiz Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətov olub. Sentyabrın 25-də keçirilən məhkəmə iclasında saxlanılan 9 şəxsin, o cümlədən Azərbaycan vətəndaşlarının həbs (polis nəzarətində saxlanılma) müddəti daha 7 gün uzadılıb.
İstintaqın təfərrüatları və son vəziyyət:
Zərərçəkənlər və axtarışlar: Fəlakət nəticəsində 239 nəfər xilas edilib, 15 nəfərin meyiti tapılıb, 13 nəfər isə hələ də itkin sayılır. Sualtı axtarışlar davam edir, “Optimus Prime” gəmisi qara qutunu və VDR qeyd cihazını axtarır.
İfadələr və araşdırma: İstintaq çərçivəsində 320-dən çox şəxsin ifadesi alınıb. Gəminin baş bodoslama hissəsində iyunun 17-də olan zədələnmə və təmir işlərinin batmaya təsiri, həmçinin sahilə çıxan 17 gəmi detalının ekspertizası araşdırılır.
Hüquqların qorunması: Azərbaycan-Kipr Dostluq Cəmiyyəti faciənin obyektiv araşdırılmasını və vətəndaşlarımızın hüquqlarının qorunmasını nəzarətdə saxlayır.
Qeyd edək ki, saxlanılan şəxslərin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarı ilə hələ müəyyən edilməyib. Hadisə ilə əlaqədar Şimali Kiprdə üçgünlük matəm elan olunub.
No Comment! Be the first one.