Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə başsağlığı məktubu ünvanlayıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması xəbərindən son dərəcə sarsıldığını bildirib.
Prezident İlham Əliyev baş vermiş faciə ilə əlaqədar Qasım-Jomart Tokayevə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.
No Comment! Be the first one.