“Formula 2” üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarışın qalibi mükafatlandırıldı
“Formula 1” üzrə Azərbaycan Qran-prisi çərçivəsində təşkil olunan “Formula 2” turnirində ikinci əsas yarış başa çatıb və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
hadiseler.info xəbər verir ki, ikinci dərəcəli pilotların gərgin mübarizəsindən sonra mükafatlar sahiblərinə təqdim olunub.
Yarışın yekun nəticələrinə əsasən, “Invicta Racing” komandasının pilotu Rafael Kamara birinciliyi əldə edib. “Campos Racing” kollektivindən Nikola Tsolov ikinci, “Rodin Motorsport”un sürücüsü Aleks Dann isə üçüncü yeri tutub.
Məlumat üçün bildirək ki, daha əvvəl keçirilən yürüşlərdə “Dams Lucas Oil” komandasından Dino Beqanoviç sprint, “Rodin Motorsport”dan Aleks Dann isə birinci əsas yarışın qalibi olmuşdu.
Qeyd edək ki, “Formula 1” üzrə əsas yarış bu gün saat 15:00-da start götürəcək.
No Comment! Be the first one.