SOCAR İtaliya Futbol Federasiyası ilə strateji tərəfdaşlıq müqaviləsi imzaladı
Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti ilə İtaliya Futbol Federasiyası arasında Strateji Əməkdaşlığa dair Müqavilə imzalanıb.
hadiseler.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında baş tutan forumda bağlanan sənədə əsasən, SOCAR 1 yanvar 2027-ci ildən 31 dekabr 2030-cu il tarixinədək İtaliyanın kişilərdən və qadınlardan ibarət milli futbol komandalarının “Baş Qlobal Enerji Sponsoru” olacaq.
Dörd il müddətinə nəzərdə tutulan tərəfdaşlığın 2032-ci ilədək əlavə iki il uzadılması imkanı da mövcuddur. Bu əməkdaşlıq SOCAR-ın İtaliyadakı uzunmüddətli fəaliyyətinə verdiyi önəmi göstərməklə yanaşı, İtaliya futbolunun gələcək inkişafına töhfə vermək məqsədi daşıyır.
No Comment! Be the first one.