Latviyada 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr – Anım Gününün altıncı ildönümü münasibətilə xüsusi tədbir təşkil olunub.
hadiseler.info xəbər verir ki, mərasimi giriş sözü ilə açan Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva altı il əvvəl başlayan 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin göstərdiyi rəşadətdən və şəhidlərimizin fədakarlığından bəhs edib. Səfir vurğulayıb ki, vətəndən kənarda yaşayan azərbaycanlılar dövlət həqiqətlərini yaşatmalı, milli yaddaşı mühafizə edərək gələcək nəsillərə çatdırmalıdırlar.
Tədbir çərçivəsində Liepaya Musiqi, İncəsənət və Dizayn Orta Məktəbinin caz şöbəsinin rəhbəri, akkordeon ifaçısı Rüstəm Bağırov, ifaçı Leyla Əliyeva və latviyalı musiqiçilərin iştirakı ilə Azərbaycan xalq mahnıları və bəstəkar əsərlərindən ibarət musiqi proqramı təqdim edilib. Eyni zamanda Vətən müharibəsini əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.
Mərasimdə Latviyada yaşayan Azərbaycan diasporunun nümayəndələri və azərbaycanlı tələbələr iştirak ediblər.
No Comment! Be the first one.