“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisinin əsas yarışına yekun vurulub və qalib məlum olub.
hadiseler.info xəbər verir ki, “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell 51 dövrədən ibarət gərgin əsas yarışda bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb.
Bu qələbə ilə britaniyalı sürücü karyerasında ilk dəfə Bakı şəhər halqasında keçirilən Azərbaycan Qran-prisinin qalibi adını qazanıb.
Finiş xəttini “Red Bull”un pilotu Maks Ferstappen ikinci, komandanın digər sürücüsü İsak Həcər isə üçüncü sırada keçərək fəxri kürsüyə qalxıblar.
No Comment! Be the first one.