Tramp: “İran nüvə silahına sahib ola bilməz!”
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı növbəti xəbərdarlıq bəyanatı verib.
hadiseler.info xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edib.
Tramp paylaşımında Tehranın nüvə silahı əldə etməsinin yolverilməz olduğunu qeyd edərək “İran nüvə silahına sahib ola bilməz!” ifadəsini işlədib.
ABŞ Prezidenti mövzu ilə bağlı əlavə detal və ya təfərrüat açıqlamayıb.
No Comment! Be the first one.