Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Deputat: “44 günlük müharibə Azərbaycanın şanlı tarixidir”
Prezident və ailə üzvləri Formula 1 Azərbaycan Qran-Prisini izləyiblər- FOTOLAR
Tramp: “İran nüvə silahına sahib ola bilməz!”
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Deputat: “44 günlük müharibə Azərbaycanın şanlı tarixidir”
Prezident və ailə üzvləri Formula 1 Azərbaycan Qran-Prisini izləyiblər- FOTOLAR
Tramp: “İran nüvə silahına sahib ola bilməz!”
Siyasət

Deputat: “44 günlük müharibə Azərbaycanın şanlı tarixidir”

Sentyabr 26, 2026
6 Views

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbə ölkənin müasir tarixində mühüm mərhələ kimi qiymətləndirilir. Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycanın gələcək inkişafı və regionda sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

hadiseler.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Malik Həsənov bəyan edib.

Millət vəkili bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 gündə yazdığı tarix bu günün və sabahın güclü Azərbaycanı üçün möhkəm bünövrədir:

“2020-ci il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələrinin təxribatına cavab olaraq Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatı başladı. Müharibənin ilk günündən ‘Dəmir yumruq’ birliyimizin rəmzinə çevrildi. Prezident İlham Əliyevin xalqa müraciətləri və şad xəbərləri dəniz kimi yüksələn döyüş ruhunu daha da artırdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və nəhayət 8 noyabrda Şuşanın azad olunması ilə düşmənin müqavimət gücü tamamilə sarsıldı”.

Deputatın sözlərinə görə, sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Ağır məğlubiyyətə uğrayan Ermənistan kapitulyasiyaya imza atmağa məcbur oldu və üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz Azərbaycana təhvil verildi.

Malik Həsənov informasiya cəbhəsindəki mübarizəyə və xalqın həmrəyliyinə də diqqət çəkib:

“Azərbaycan təkcə döyüş meydanında deyil, informasiya cəbhəsində də tam qələbə qazandı. Dövlətimizin başçısının xarici mediaya verdiyi çoxsaylı müsahibələr dünya mətbuatındakı qərəzli rəyləri alt-üst etdi, beynəlxalq hüquqa istinadən ədalətli mübarizəmizi dünyaya çatdırdı. Ölkəmizdə yaşayan bütün etnik qruplar və xalqlar Azərbaycan Bayrağı altında birləşərək bu Zəfərə öz dəyərli töhfəsini verdi”.

Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinin vacibliyini vuran deputat qeyd edib ki, 27 sentyabr Anım Günü kimi qeyd edilir və xalqımız qəhrəman övladlarını dərin ehtiramla yad edir.

Böyük Qayıdış Proqramından danışan millət vəkili bildirib ki, azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam edir:

“Hazırda 47 yaşayış məntəqəsinə – 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Azad edilmiş ərazilərimizdə 93 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Hədəf Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunadək 140 min soydaşımızın doğma torpaqlarına qayıdışını təmin etməkdir”.

Tags:

#AnımGünü#BöyükQayıdış#HadiselerInfo#İlhamƏliyev#MalikHəsənov#Qarabağ#VətənMüharibəsi#Zəfər

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Prezident və ailə üzvləri Formula 1 Azərbaycan Qran-Prisini izləyiblər- FOTOLAR

Previous
Sentyabr 26, 2026

Prezident və ailə üzvləri Formula 1 Azərbaycan Qran-Prisini izləyiblər- FOTOLAR

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Siyasət
Deputat: “44 günlük müharibə Azərbaycanın şanlı tarixidir”
Ayla
Sentyabr 26, 2026
Siyasət
Prezident və ailə üzvləri Formula 1 Azərbaycan Qran-Prisini izləyiblər- FOTOLAR
Ayla
Sentyabr 26, 2026
Siyasət
Prezident Aleksandr Oşpelti qəbul etdi
Ayla
Sentyabr 26, 2026
İdman
 “Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Ayla
Sentyabr 26, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Deputat: “44 günlük müharibə Azərbaycanın şanlı tarixidir”
Sentyabr 26, 2026
Prezident və ailə üzvləri Formula 1 Azərbaycan Qran-Prisini izləyiblər- FOTOLAR
Sentyabr 26, 2026
Tramp: “İran nüvə silahına sahib ola bilməz!”
Sentyabr 26, 2026

Top kateqoriyalar

Dünya 786
Siyasət 422
Hadisə 415
İdman 244

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya