Qazaxıstanda Xəzərdəki təlimlərdə həlak olan hərbçilər ölümündən sonra təltif edildilər
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı xidməti vəzifəsini yerinə yetirərkən həlak olan hərbi qulluqçuları ölümündən sonra dövlət təltiflərinə layiq görüb.
hadiseler.info xəbər verir ki, müvafiq fərman dövlət başçısının rəsmi saytında dərc olunub.
Sənədə əsasən, taqım komandiri Oljas Muxtarulu gösterdiyi şücaət və fədakarlığa görə ölümündən sonra 2-ci dərəcəli “Aybın” ordeni ilə təltif edilib. Eyni hərbi hissənin bölmə komandirləri, dənizçilər və mütəxəssislərdən ibarət daha 13 hərbi qulluqçusu isə ölümündən sonra 3-cü dərəcəli “Aybın” ordeninə (Raximjan Qoşkarbayev adına) layiq görülüb.
Xatırladaq ki, bir neçə gün öncə Xəzər dənizində keçirilən hərbi təlim zamanı kəskin hava şəraiti səbəbindən 19 hərbçini dənizdə dalğa aparmışdı.
No Comment! Be the first one.