Ərdoğan: “Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü ilə bağlı “X” sosial şəbəkə hesabında paylaşım edib.
hadiseler.info xəbər verir ki, Türkiyə dövlət başçısı paylaşımında Vətən uğrunda canından keçən şəhidləri rəhmətlə, qaziləri isə hörmətlə yad edib:
“Dost və qardaş Azərbaycanın Anım Günü ilə əlaqədar Qarabağı işğaldan azad etmək, azadlığına qovuşdurmaq üçün mübarizə aparan qəhrəman şəhidlərimizi rəhmətlə, qazilərimizi hörmətlə yad edirəm. Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq”.

No Comment! Be the first one.