Ərdoğan İlham Əliyevə zəng edib
Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
hadiseler.info Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Türkiyə dövlət başçısı Anım Günü ilə əlaqədar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.
Prezident İlham Əliyev göstərilən diqqətə və telefon zənginə görə Türkiyə Prezidentinə dərin təşəkkürünü bildirib.
No Comment! Be the first one.