Kiyevdə tibb mərkəzinə zərbə endirilib- VİDEO
Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevin mərkəzində yerləşən tibb müəssisəsinin binasını hədəf alıb.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat verib.
Dövlət başçısının bildirdiyinə görə, hücum zamanı Kiyevdə yerləşən “Dobrobut” tibb mərkəzinə zərbə endirilib. Hadisə nəticəsində 7 nəfər, o cümlədən tibb müəssisəsinin 6 işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerində xilasedicilər və fövqəladə xidmət əməkdaşları işləyir.
No Comment! Be the first one.