“Sumqayıt” amerikalı basketbolçu transfer etdi
“Sumqayıt” basketbol klubu heyətini yeni legionerlə gücləndirib.
hadiseler.info xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi amerikalı basketbolçu Aleks Holt ilə cari mövsümün sonuna qədər müqavilə bağlayıb.
26 yaşlı və 205 sm boya malik mərkəz oyunçusu bu keçidə qədər Gürcüstanın “Telavi” klubunda çıxış edib. O, sabiq komandasının heyətində orta hesabla 7,4 xal və 7 ribaund göstəricisi ilə yadda qalıb.
No Comment! Be the first one.