Oğuzda narkoəməliyyat: Polis cinayətkarları dronla izlədi – VİDEO
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası və qanunsuz odlu silah saxlama hallarına qarşı kompleks əməliyyat keçirilib.
hadiseler.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, havadan dronların da tətbiq edildiyi xüsusi əməliyyat-axtarış tədbirləri ilə S.İbrahimov, E.İsmayılov və T.Haşımov saxlanılıblar.
Baxış zamanı həmin şəxslərdən müxtəlif türdə narkotik vasitələr, qanunsuz əkib-becərdikləri narkotik tərkibli bitkilər və qanunsuz saxlanılan odlu silahlar aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
No Comment! Be the first one.