Saleh Səmədova 9 il həbs istənildi
İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatb.
hadiseler.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən növbəti iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror S.Səmədovun irəli sürülmüş ittihamlarla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib. Müdafiə çıxışı üçün vəkilə vaxt verilib.
Qeyd edək ki, Saleh Səmədov keçən il 9 May – Faşizm üzərində Qələbə Günü tədbirində SSRİ bayrağı altında və sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış edərək geniş ictimai qınağa səbəb olmuşdu. Qalmaqaldan sonra vəzifəsindən azad edilən S.Səmədovun daha sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 200 min manatlıq mənimsəmə və korrupsiya əməlləri üzə çıxarılıb. Keçmiş şura sədri 1 ildən artıqdır ki, həbsdədir.
No Comment! Be the first one.