İlham Əliyev Böyük Britaniyanın müdafiə üzrə dövlət nazirini qəbul edib- FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib.
hadiseler.info xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək Bakıda keçirilən “ADEX 2026” və “Securex Caspian” sərgilərinin yüksək səviyyədə təşkilinə görə dövlət başçısına təşəkkür edib və ölkəsinin bu tədbirdə iştirak etməkdə maraqlı olduğunu vurğulayıb. Lord Vernon Kioaker Azərbaycanın Birləşmiş Krallıq üçün çox vacib dost ölkə olduğunu və bu dostluğu davam etdirmək istədiklərini diqqətə çatdırıb.
Dövlət başçısı ADEX sərgisinin artıq uzun illərdir mühüm beynəlxalq tədbirə çevrildiyini bildirərək Birləşmiş Krallıqla ikitərəfli tərəfdaşlıqda yeni səhifəyə — müdafiə sənayesi sahəsində əməkdaşlığa qədəm qoyulduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanda 20 ildən çoxdur ki, müdafiə sənayesinə sərmayə qoyulduğunu, artıq daxili istehlak və ixrac üçün məhsulların istehsal edildiyini qeyd edərək, müasir silah və avadanlıqların ölkəmizə gətirilməsi, həmçinin birgə müəssisələrin yaradılması istiqamətində Birləşmiş Krallıqla tərəfdaşlığın önəmini xüsusi diqqətə çatdırıb.





No Comment! Be the first one.