Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı
Tbilisidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
hadiseler.info xəbər verir ki, bu barədə ictimai vəkil Teona Feraadze məlumat verib.
Vəkilin sözlərinə görə, saxlanılan şəxs 40 yaşdan yuxarı Ermənistan vətəndaşıdır və Gürcüstana turist kimi gəlib. Şübhəli şəxs hazırda susmaq hüququndan istifadə edir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi (əmlaka ziyan vurma) ilə istintaq aparılır. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İlkin məhkəmə iclasının noyabrın 12-də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, büstün zədələnməsi hadisəsi sentyabrın 21-də səhər saatlarında baş verib. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də məsələ ilə bağlı Gürcüstan DİN, DTX və digər aidiyyəti qurumları tərəfindən istintaq-prosessual tədbirlərinin davam etdirildiyini bildirmişdi.
No Comment! Be the first one.