Kürdəmirdə toyda 91 nəfər zəhərlənib
Kürdəmir rayonunda məclislərdən birində baş verən kütləvi qida zəhərlənməsi nəticəsində zərərçəkənlərin sayı artıb.
hadiseler.info xəbər verir ki, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, müraciət edənlərin sayı 91 nəfərə çatıb.
Tibb müəssisəsindən bildirilib ki, zəhərlənən şəxslərin böyük əksəriyyətinə dərhal ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Hadisə ilə əlaqədar dərhal Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları əraziyə cəlb olunub, qidaların keyfiyyəti və zəhərlənmənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq yoxlamalar aparılır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.